04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı keçiriləcək

İsti yay günlərində Milli Gimnastika Arenası növbəti milli yarışa hazırlaşaraq, öz qapılarını bədii gimnastların üzünə açacaq. Belə ki, ən zərif gimnastika növünün nümayəndələri avqustun 10-12-də bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyində güclərini sınayacaqlar.Azərtac xəbər verir ki, fərdi gimnastlar 2002-2010-cu il təvəllüdlü və daha böyük, qrup komandaları isə 2008-2010-cu və 2006-2007-ci il təvəllüdlü yaş kateqoriyasında mübarizə aparacaqlar.Qaliblər fərdi gimnastlar arasında çoxnövçülük xalına görə, qrup hərəkətləri komandalarında ayrı-ayrı alətlərdə çıxışlarına görə və komanda hesabında müəyyənləşəcək.Üç gün boyunca davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirməsi üçün maraqlı müsabiqələr və fləşmoblar da təşkil olunacaq.Yarışlara biletləri arenanın kassasından əldə etmək mümkündür. Biletlərin qiyməti 5 manatdır.xeber100.com

İyul 25, 2018 11:09

Azərbaycan yığma komandası yoxlama oyunu keçirib

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib.Azərtac xəbər verir ki, MOİK-lə qarşılaşan U-19 millimiz 2:1 hesabı ilə qələbə qazanıb.Yığmanın qollarını Emil Qasımov və Elcan Hafizli vurublar.U-19 millimizin baş məşqçisi Vüqar Məmməd deyib: "Təcrübəli futbolçulardan qurulmuş komandaya qarşı oynadıq. Qarşılaşmada sürət yüksək idi. Futbolçuların hamısı meydana çıxmaq şansı qazandı. Bizim üçün çox ağır oyun olsa da, qələbə qazandıq. Komandamı bu münasibətlə təbrik edirəm. Futbolçular meydanda çox çalışdılar. Ancaq razı qalmadığım nüanslar da oldu. Hər oyunda futbolçuların qarşısında müdafiədə diqqətli oynayaraq, hücumda daha dəqiq olmaları tələbini qoyuruq. Nöqsanlar üzərində səylə çalışaraq, oyundan-oyuna səhvləri minimuma endirməliyik".xeber100.com

İyul 25, 2018 10:47

Formula 1 yarışları 2019-cu il mövsümündə…

Formula 1 yarışlarının kommersiya direktoru Şon Bratçes bildirib ki, 2019-cu il mövsümünün təqvimi 24-26 avqust tarixlərində keçiriləcək Belçika Qran-Prisinə qədər dərc olunacaq. “F1News.ru” saytına istinadla xəbər verir ki, Bratçes mərhələlərin sayını açıqlamaqdan imtina edib. Bildirib ki, bu il olduğu kimi, gələn il də 21 yarışın gözlənildiyi istisna edilmir. “Liberty Media”da Almaniya Qran-Prisini təqvimdə saxlamağa çalışırlar.Şon Bratçes deyib: “Biz alman mərhələsinin saxlanılmasında maraqlıyıq. İyirmi bir Qran-Pridən yalnız üçündə – Avstriya, Böyük Britaniya və Almaniyada yarışlar yerli hökumətin dəstəyi olmadan keçirilir və biz bu məsələnin həlli yollarını tapmağa çalışırıq. Biz ağ bayraq qaldırmağa və 2019-cu ildə Almaniyadakı yarışlardan imtina etməyə hazır deyilik. Bununla bağlı razılıq əldə edilməsində hamı maraqlıdır. Bu gözəl ölkənin çoxlu trası var”.xeber100.com

İyul 24, 2018 1:17

“Czech Open 2018” turniri 9 turdan ibarət olacaq

Azərbaycan şahmatçısı Kənan Qarayev Pardubitsedə (Çexiya) keçirilən “Czech Open 2018” turnirinin dördüncü turunda qələbə qazanıb.Azərtac xəbər verir ki, növbəti oyun günündə sloveniyalı rəqibi Jan Tomazini məyus etmiş Kənan Qarayevin aktivində 3 xal var. Hazırda o, turnirin liderindən bir xal geri qalır.Digər həmyerlimiz Aydin Süleymanlı bu turda rusiyalı Mixail Xmelyovu üstələyib. Onun aktivindəki xalların sayı Qarayevdən 0,5 xal azdır. Ülviyyə Fətəliyeva ilə danimarkalı Kristian Eriksonun görüşü sülhlə başa çatıb.Qeyd edək ki, 38 ölkədən 238 şahmatçının, o cümlədən 49 qrossmeysterin iştirakı ilə İsveçrə sistemi üzrə keçirilən “Czech Open 2018” turniri 9 turdan ibarət olacaq.Yarışın qalibləri iyulun 27-də məlum olacaq.xeber100.com

İyul 24, 2018 1:06

Beynəlxalq tennis çempionatının ikinci günündə…

Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatının ikinci günündə iki tennisçimiz növbəti mərhələyə adlayıb.Azərtac xəbər verir ki, qızların şəxsi yarışlarında Alina Qavriş Belarus təmsilçisi Veranka Novikə 6:0, 6:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. Digər təmsilçimiz Umayra Həşimova isə belaruslu Aleksandrina Mamihadan üstün olub – 6:0, 6:0.Millimizin üzvləri Ülviyyə Süleymanova Mozambik təmsilçisi Marieta Nhamitambaya, Samir Qafarov isə Yaraslav Şila məğlub olaraq fərdi yarışlarda mübarizəni dayandırıblar.İyulun 27-dək davam edəcək yarışda Azərbaycan tennisçiləri ilə yanaşı, Albaniya, Bəhreyn, Belarus, İraq, Qırğızıstan, Maldiv adaları, Mozambik, Rusiya, Səudiyyə Ərəbistanı, Liviya, Seneqal, Tacikistan, Türkiyə və Uqanda idmançıları birincilik uğrunda mübarizə aparırlar.xeber100.com

İyul 24, 2018 1:03

Yunan-Roma güləşi üzrə reytinq xarakterli beynəlxalq turnir keçirilib

İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə reytinq xarakterli beynəlxalq turnir keçirilib. Yığmamızın üzvləri turniri 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildiriblər ki, turnirdə keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Taleh Məmmədov (63 kq) qızıl medal qazanıb. Yalnız final görüşündə uduzan İslam Abbasov (87 kq) gümüş medalla kifayətlənməli olub. Bürünc medalları isə yığmamızın aktivinə Sakit Quliyev (60 kq), Kamran Məmmədov (67 kq) və Elvin Mürsəliyev (82 kq) yazdırıblar.Yığma komandamız bu nəticə ilə Türkiyə və Belarusdan sonra üçüncü yerdə qərarlaşıb.Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edib.xeber100.com

İyul 23, 2018 11:13

Çimərlik futbolu üzrə sonuncu oyun keçirilib

Moskvada təşkil edilən Avropa Liqası (Euro Beach Soccer League) turnirində çimərlik futbolu üzrə Azərbaycan milli komandası sonuncu oyununu keçirib.Azərtac xəbər verir ki, Polşa yığması ilə qarşılaşan komandamız 9:6 hesabı ilə qələbə qazanıb.Millimizin heyətində Rüfət Məmmədov 4, İlkin Hacıyev 3, Sabir Allahquliyev 2 qol vurub.xeber100.com

İyul 23, 2018 11:10

“Qarabağ” futbol klubu transfer üçün təzminat ödəyib

“Bursaspor”un hücumçusu Dzon Delarqe karyerasını Azərbaycanda davam etdirəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.Superliqa klubu meydandakı oyunundan çox, şəxsi həyatı ilə gündəmə gəlməsindən narahat olduğu üçün onu yola salmaq qərarına gəlib. Delarqenin türklərlə müqavilə müddəti gələn yaya qədər olduğundan, “Qarabağ” transfer üçün qarşı tərəfə təzminat ödəyib. Həmkarlarımız “Bursaspor”un bu keçiddən 200 min dollar qazandığını bildiriblər.Qeyd edək ki, Dzon Delarqe “Bursaspor”a ötən il Avstriya klubu “Admira”dan keçmişdi.Bildirilir ki, Konqo millisinin forvardı bundan sonra “Qarabağ”ın formasını geyinəcək. Bursa klubunun transferə çıxardığı 28 yaşlı oyunçu Azərbaycan çempionu ilə hərtərəfli anlaşma əldə edib.xeber100.com

İyul 22, 2018 2:31

“Liverpul” komandası “Roma” klubunun qapıçısını transfer edib

İngiltərənin “Liverpul” komandası İtaliyanın “Roma” klubunun qapıçısı Alison Beykeri 72 milyon avroya transfer edib.Azərtac xəbər verir ki, 25 yaşlı braziliyalının əsas transfer məbləğı 62,5 milyon avro olub. Digər 10 milyon avronu isə “Roma” klubu bonus olaraq alıb. Müqavilənin müddəti məlum olmasa da, Britaniyanın “The Times” qəzetinin məlumatına görə, futbolçu altıillik müqavilə imzalayıb.Qeyd edək ki, bu transfer qapıçılar üçün rekord göstərici olub. Qapıçıların əvvəlki ən böyük transfer məbləğı 2017-ci ildə baş verib. Belə ki, “Mançester Siti” Portuqaliyanın “Benfika” klubundan 40 milyon müqabilində braziliyalı Edersonu heyətinə qatıb.Alison Beyker 2016-cı ildən “Roma” klubunun şərəfini qoruyub. Keçən mövsümdə 49 oyuna çıxan braziliyalı 22 matçda qapısını toxunulmaz saxlayıb. Həmçinin qapıçı Rusiyada keçirilən dünya çempionatında Braziliya milli komandasının heyətində bütün oyunlarda start heyətdə yer alıb. Mundialda braziliyalılar dörddəbir finalda Belçika millisinə 1:2 hesabı ilə məğlub olublar.xeber100.com

İyul 20, 2018 1:32

Stolüstü tennis üzrə Avropa çempionatı keçirilir

Rumıniyanın Kluj-Napoka şəhərində gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı keçirilir.Azərtac xəbər verir ki, 44 ölkədən 42 kişi və 39 qadın komandasının iştirak etdiyi çempionatda qızlardan ibarət Azərbaycan millisi finalda Rusiya komandasına qalib gələrək qızıl medal qazanıb. Bu, Azərbaycan stolüstü tennis tarixində ən yüksək nəticədir.Xatırladaq ki, 2017-ci il gənclərin Avropa çempionatında qızlardan ibarət yığmamız bürünc medal qazanmışdı.Çempionatda şəxsi yarışlar davam edir.xeber100.com

İyul 20, 2018 11:57
    Page 495 of 830« First«...102030...493494495496497...500510520...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az