Martın 6-da həndbol üzrə Azərbaycan kuboku uğrunda yarımfinal görüşləri keçirilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, yarımfinal mərhələsinin cavab görüşləri gözlənildiyi kimi maraqlı mübarizə şəraitində keçib. Qadın həndbolçuların mübarizəsində "Azərsu" komandası "İdman Akademiyası"na 37:22, "Nur" kollektivi "Qarabağ"a 31:22 hesabı ilə qalib gəlib.Kişi həndbolçuların yarışında isə "Məhsul" "Təhsil" komandasını 33:31, "Bakı" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçilərini 37:25 hesabı ilə məğlub edib. Beləliklə, yarımfinal mərhələsinin oyunlarının nəticəsinə əsasən, finalda "Azərsu" "Nur"la, "Məhsul" isə "Bakı" ilə qarşılaşacaq.Xatırladaq ki, final qarşılaşmaları martın 7-də keçiriləcək.xeber100.com