05 Fevral 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Qətər yığmasının heyəti açıqlanıb

Yoldaşlıq görüşündə futbol üzrə Azərbaycan millisini qəbul edəcək Qətər yığmasının heyəti açıqlanıb.Azərtac xəbər verir ki, Qətər yığmasının baş məşqçisi Jorje Fossati 28 futbolçuya dəvət göndərib.Qətər yığmasına qapıçılar - Saad Əl Şeb (“Əl Sədd”), Omar Bari (“Əl Rayyan”), Xəlifə Ababakar (“El Jaiş”), müdafiəçilər - İbrahim Majid, Medro Migel, Hamid İsmail, Musab Keder (hamısı “Əl Sədd”), Mohammed Musa, Əhməd Yasser (hər ikisi “Lekviya”), Bualem Xouki (“Əl-Ərəbi”), Fahad Əl-Abdulrahman (“Eupen”, Belçika), yarımmüdafiəçilər - Assim Madibo, Kərim Budiaf, Luis Martin, Əli Afif (hamısı “Lekviya”), Hassan Əl-Haidos, Ali Assad (hər ikisi “Əl Sədd”), Rodriqo Tabata (“Əl Rayyan”), Ahmed Abdul Maqsud (“Əl-Arabi”), Əkrəm Afif (“Sportinq Xixon”, İspaniya), Mehdi Əli, Yusif Hüseyn (hər ikisi “Əl Qarafa”), hücumçular - Almoez Əli, İsmail Mohammed (hər ikisi “Lekviya”), Ahmed Alaa, Sebastian Soria (hər ikisi “Əl Rayyan”), Meşal Abdullah (“Əl Əhli”) və Yasser Abu Bakr (“El Jaiş”) çağırılıblar.Qeyd edək ki, Qətər–Azərbaycan qarşılaşması martın 9-da Dohadakı “Jassim bin Hamad” stadionunda keçiriləcək.xeber100.com

Mart 6, 2017 11:24

“Formula-1-ə giriş” adlı ilk təlim keçirilib

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) idman əməliyyatları şöbəsi martın 4-də Formula-1 Azərbaycan Qran-prisində iştirak edəcək marşallar üçün “Formula-1-ə giriş” adlı ilk təlimini keçirib.Azərtac xəbər verir ki, Bakı Marşallar Klubunun (BMK) rəhbəri Ç.Mehdiyev marşallar üçün yeni mərkəzin yaxında istifadəyə veriləcəyini deyib. Qeyd edib ki, biz bu gün Formula-1 yarışlarının ayrılmaz hissəsi olan marşallar üçün idmanın bu növü və marşallıq fəaliyyəti haqqında mövsümün ilk təlimini təşkil etdik. Məqsədimiz klubumuzun üzvləri olan və bu il yeni seçilmiş marşallara Formula-1 haqqında geniş məlumat vermək və marşallıq fəaliyyətinin önəmli məqamlarını çatdırmaqdır.xeber100.com

Mart 5, 2017 11:55

Beynəlxalq Mətbuat Mərkəzində təqdimat mərasimi keçirilib

Martın 4-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Futnet Assosiasiyasının (AFNA) təqdimat mərasimi keçirilib.Azərtac xəbər verir ki, tədbirdə xarici ölkələrin bir sıra idman federasiyalarının rəhbərləri, dövlət rəsmiləri və tanınmış idmançılar iştirak ediblər. Qeyd olunub ki, Vüqar Xəlilov assosiasiyanın prezidenti, Samir Məmmədov birinci, Rüfət Hüseynov isə vitse-prezident seçiliblər. Qurumun baş katibi Əfqan Həmzəyev, mətbuat xidmətinin rəhbəri isə Araz Əhmədov olub.Təqdimat mərasimində məlumat verilib ki, sovet dövründə Azərbaycanda futnet idman növünə oxşar oyunlar keçirilib. Peşəkar futnet komandası isə ilk dəfə ötən il “Marafon” idman klubunun nəzdində fəaliyyətə başlayıb. İdmançılarımız ilk dəfə beynəlxalq turnirdə məhz həmin il mübarizə aparıblar. Azərbaycan Şimali Kiprdə keçirilən dünya çempionatında təmsil olunub. Azərbaycanlı hakim Əfqan Həmzəyev 2014-2016-cı illərdə Türkiyədə və Rumıniyada keçirilən beynəlxalq turnirlərdə iştirak edib. Azərbaycanda ilk futnet yarışı da 2016-cı ilin iyununda keçirilib. Rusiya, Azərbaycan və Gürcüstan komandalarının iştirakı ilə Bakıda keçirilən ilk beynəlxalq yarış ötən il dünyada təşkil edilən ən reytinqli beş turnirdən biri olub.xeber100.com  

Mart 5, 2017 11:51

XXVI tur çərçivəsində növbəti qarşılaşmalar keçirilir

İspaniya La Liqasında XXVI tur çərçivəsində növbəti qarşılaşmalar keçirilir.Azərtac xəbər verir ki, “Barselona” klubu ilk dövrədə səfərdə 3:4 hesabı ilə uduzduğu “Selta”nı qəbul edib. Görüşdə meydan sahibləri 5:0 hesabı ilə qalib gəlib.“Real Madrid” klubu isə səfərdə “Eybar” kollektivini 1:4 hesabı ilə məğlub edib.Günün digər qarşılaşmalarında aşağıdakı hesablar qeydə alınıb.xeber100.com “Leqanes” – “Qranada” - 1:0 “Vilyarreal” – “Espanyol” - 2:0

Mart 5, 2017 11:35

İngiltərə Premyer Liqasında XXVII tur çərçivəsində…

İngiltərə Premyer Liqasında XXVII tur çərçivəsində martın 4-də bir sıra maraqlı qarşılaşmalar keçirilib.Azərtac xəbər verir ki, günün ən maraqlı qarşılaşmasında “Liverpul” və “Arsenal” klubları üz-üzə gəliblər. Oyun “Liverpul”un 3:1 hesablı qələbəsi ilə başa çatıb/“Mançester Yunayted” isə öz meydanında “Bornmut” klubunu məğlub edə bilməyib – 1:1. Son çempion “Lester” doğma azarkeşləri qarşısında “Hall Siti” 3:1 hesabı ilə məğlub edib.Günün digər qarşılaşmalarında aşağıdakı hesablar qeydə alınıb: “Stok Siti” – “Midlsbro” - 2:0 “Suonsi” – “Bernli” - 3:2 “Uotford” – “Sautqempton” - 3:4 “Vest Bromviç” – “Kristal Pelas” - 0:2 Qeyd edək ki, turnir cədvəlinə 63 xalla “Çelsi” liderlik edir.xeber100.com

Mart 5, 2017 11:30

Ağır Atletika Akademiyasında çempionat davam edir

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı davam edir.Azərtac xəbər verir ki, ikinci yarış günündə körpücük üzərinə ilk olaraq çəkisi 77 kiloqram olan atletlər çıxıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda qrup qalib adını Əfqan Bayramov qazanıb. Otuz dörd yaşlı təcrübəli atlet 299 kiloqram (126+173) nəticə ilə növbəti dəfə Azərbaycan çempionu adına layiq görülüb. Gümüş medalı çempiondan cəmi bir kiloqram geri qalan Kənan Əliquliyev əldə edib. Lənkəranlı atlet 298 kiloqram (132+166) nəticə göstərib. Bürünc medalı isə 277 kiloqram (125+152) nəticə göstərən neftçalalı atlet Orxan Zeynalov qazanıb.İkinci yarış günündə növbəti maraqlı mübarizə 85 kiloqram çəki dərəcəsində gedib. Lənkəranlı atlet Ceyhun Tağızadə toplam 318 kiloqram (145+173) nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sumqayıtlı gümüş medalçı Kamran İsmayılov da eyni nəticə 318 kiloqram (142+176) göstərsə də, yekun çəkini rəqibindən daha gec qaldırdığına görə ikinciliklə kifayətlənib. Bürünc medal 312 kiloqram (146+166) nəticə göstərən paytaxt atleti Sənan Mirzəyevə qismət olub.xeber100.com

Mart 4, 2017 11:08

Dünya çempionları arasında futbol matçı keçirilib

5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə veteran futbolçularla idmanın müxtəlif növləri üzrə Olimpiya və dünya çempionları arasında futbol matçı keçirilib.Azərtac xəbər verir ki, çempionlardan ibarət komandanın heyətində Olimpiya çempionları Toğrul Əsgərov, Şərif Şərifov, Cəbrayıl Həsənov, Hacı Əliyev, dünya çempionlarından Cəmaləddin Maqamedov, Əsgərxan Novruzov, Yaşar Əliyev yer alıblar.Veteran futbolçulardan ibarət komandanın heyətində isə Arif Həsənov, Nadir Əliyev, Əli Abışov, İlqar Huseynov, Yunis Huseynov, Zaur İsmayılov, Elmir Xankişiyev, Eldəniz Məmmədov çıxış ediblər.Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə təcrübəli veteran futbolçular 8:5 hesabı ilə qələbə qazanıblar.xeber100.com

Mart 4, 2017 11:04

Karate Federasiyasının məlumatına görə…

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqları davam etdirən karate üzrə milli komandamız martın 3-də İstanbulda 30-cu beynəlxalq “Bosfor” turnirində mübarizəyə qoşulublar.Azərbaycan Karate Federasiyasından Azərtac-a bildiriblər ki, 23 ölkədən 1400-dək idmançının qatıldığı mötəbər yarışda 27 karateçimiz gücünü sınayır.Müxtəlif yaş qrupları üzrə keçirilən ənənəvi turnir martın 5-də başa çatacaq.xeber100.com

Mart 4, 2017 10:59

Futbol üzrə milli komandanın heyəti açıqlanıb

Martın 9-da Dohada Qətər yığması ilə yoldaşlıq oyunu keçirəcək futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, heyətə Şahrudin Magomedaliyev (“Qarabağ”), Anar Nəzirov (“Zirə”), Səlahət Ağayev, Tərlan Quliyev, Abbas Hüseynov (hər üçü “İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov (hər ikisi “Qarabağ”), Tellur Mütəllimov, Urfan Abbasov, Magomed Mirzabekov (hər üçü “Qəbələ”), Arif Daşdəmirov (“Qarabağ”), Ruslan Abışov (“Neftçi”), Rahid Əmirquliyev, Qara Qarayev, Riçard Almeyda (hər üçü “Qarabağ”), Elvin Məmmədov (“Zirə”), Cavid Hüseynov, Araz Abdullayev (hər ikisi “Qəbələ”), Ağabala Ramazanov (“Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”), Namik Ələskərov (“Neftçi”), Rauf Əliyev (“İnter”) və Mahir Mədətov (“Qarabağ”) dəvət olunublar.xeber100.com

Mart 4, 2017 10:50

Yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürüb

İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir start götürüb.Azərtac xəbər verir ki, Azərbaycan güləşçilərinin də iştirak etdiyi turnirin ilk günündə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində pəhləvanlar mübarizə aparırlar.İlk yarış günündə 8 güləşçimiz - Murad Məmmədov, Orxan Əhmədov, Kərim Cəfərov (hər üçü 59 kq), İslmabek Dadov, Ruhin Mikayılov (hər ikisi 71 kq), Emin Əhmədov, Elton Vəzirzadə (hər ikisi 80 kq) və Orxan Nuriyev (98 kq) xalça üzərinə çıxacaq.xeber100.com

Mart 4, 2017 10:36
    Page 739 of 830« First«...102030...737738739740741...750760770...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az