04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Aeroflot-2017” proqramına daxil olan ənənəvi blits-turnir keçirilir

“Kosmos” mehmanxanasında “Region” şirkətlər qrupunun “Aeroflot-2017” proqramına daxil olan ənənəvi blits-turnir keçirilir.Azərtac xəbər verir ki, yarış cədvəlində rusiyalı şahmatçı Sergey Karyagin birinci sıradadır. Yarışda Azərbaycanı qrossmeyster Rauf Məmmədov, beynəlxalq ustalar Gülnar Məmmədova və Nərmin Xələfova təmsil edirlər.Turnirdə 198 şahmatçı, o cümlədən 93 qrossmeyster iştirak edir.“Region” şirkətlər qrupunun kuboku uğrunda blits-turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.xeber100.com

Mart 3, 2017 12:15

“2017-2020-ci illər üçün Strateji Fəaliyyət Planı” müzakirə olunub

İlqar Rəhimov Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK)martın 3-də təşkil olunan V hesabat seçki yığıncağında komitəyə növbəti dörd il müddətinə prezident, Natiq Qasımov birinci vitse-prezident, Paralimpiya çempionu İlham Zəkiyev isə vitse-prezident seçiliblər.Azərtac xəbər verir ki, tədbirdə, həmçinin komitənin 2013-2016-cı illər üzrə fəaliyyəti barədə geniş hesabat verilib.Sonra ARMPK-nın 2020-ci ildə Yaponiyada təşkil olunacaq XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar "2017-2020-ci illər üçün Strateji Fəaliyyət Planı" müzakirə olunub.Tədbirdə komitəyə baş katib, ARMPK-nın İcraiyyə Komitəsinin və Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib.xeber100.com

Mart 3, 2017 12:05

Milli Paralimpiya Komitəsinin V hesabat seçki yığıncağında…

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) 2013-2016-cı illər üçün fəaliyyəti qənaətbəxş hesab olunub.Azərtac xəbər verir ki, bu barədə qərar ARMPK-nın martın 3-də təşkil olunan V hesabat seçki yığıncağında qəbul edilib.Hesabat dövründə paralimpiya yığmamız 100 təlim-məşq toplanışına qatılıb və millimiz 65 beynəlxalq turnirdə gücünü sınayıb. Həmin dövrdə paralimpiyaçılarımız 63 qızıl, 56 gümüş, 47 bürünc olmaqla, ümumilikdə, 166 medal qazanıblar. Bu yarışlarda idmançılarımız 4 dünya rekordunu yeniləyiblər."Rio-2016" XV Yay Paralimpiya Oyunlarında millimiz 1 qızıl 8 gümüş, 2 bürünc medala sahib olmaqla, 82 medal qazanan ölkə arasında 33-cü, Avropada 16-cı, MDB ölkələri arasında 3-cü, müsəlman dövlətləri arasında isə 6-cı olub.xeber100.com

Mart 3, 2017 11:57

Futbol üzrə yoldaşlıq oyunu keçirilib

Dubayda təlim-məşq toplanışında olan qadınlardan ibarət futbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirlikləri yığması ilə yoldaşlıq oyunu keçirib.Azərtac xəbər verir ki, qarşılaşma 3:2 hesabı ilə millimizin xeyrinə başa çatıb.Komandamızın qollarını Aysun Əliyeva, Nigar Cəlilli və Sevinc Cəfərzadə vurub.xeber100.com

Mart 3, 2017 11:52

Avropa çempionatının təqvimi müəyyənləşib

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsinin Bakıda keçiriləcək ikinci qrupunun oyunlarının təqvimi müəyyənləşib.Azərtac xəbər verir ki, “Avro-2018”də iştirak etmək istəyən dörd komanda paytaxtımızda qarşılaşacaq.Turnir çərçivəsində ilk turda Azərbaycan yığması aprelin 8-də saat 18:30-da Bosniya və Herseqovina ilə görüşəcək. Aprelin 9-da yığmamız Albaniya ilə eyni saatda oynayacaq. Millimiz sonuncu oyununu aprelin 11-də Macarıstana qarşı keçirəcək. Bu oyun saat 20:00-da başlayacaq.Bu mərhələnin qrup qalibləri “Avro-2018”in final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar. İkinci yeri tutacaq və ən yaxşı qrup üçüncüsü komandalar pley-offda son dörd vəsiqənin sahibini müəyyənləşdirəcəklər.Oyunlar Bakı İdman Sarayında keçiriləcək.Qeyd edək ki, “Avro-2018”in final mərhələsi 2018-ci il yanvarın 30-dan fevralın 11-dək Sloveniyada keçiriləcək.xeber100.com

Mart 2, 2017 11:34

Avrokubokların final oyunu üçün iclas keçirilib

Martın 1-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında 2019-cu ildə təşkil olunacaq Çempionlar Liqasının, Avropa Liqasının, qadınlar arasında Çempionlar Liqasının final oyununa və UEFA Super Kuboku qarşılaşmasına ev sahibliyi etmək istəyən milli futbol assosiasiyalarının nümayəndələri üçün sifariş kitabının hazırlanması ilə bağlı iclas keçirilib.Azərtac xəbər verir ki, iclasda Azərbaycan UEFA Çempionlar Liqasının və Avropa Liqasının final oyunlarına ev sahibliyi üçün namizədliyini irəli sürüb. Həmçinin İspaniya Çempionlar Liqasının, Gürcüstan, Almaniya, Şotlandiya, İspaniya, Türkiyə Avropa Liqasının, Çexiya, Macarıstan, Qazaxıstan, Litva, Şotlandiya, İspaniya qadınlararası Çempionlar Liqasının, Albaniya, Fransa, Macarıstan, İsrail, Qazaxıstan, Şimali İrlandiya, Polşa, Şotlandiya və Türkiyə isə Super Kubokun finalına ev sahibliyi üçün namizədliklərini irəli sürüblər.xeber100.com

Mart 2, 2017 11:30

Karate Federasiyasının məlumatı

Karate üzrə VIII “Baku Open” beynəlxalq karate turnirinə hazırlıq prosesi başa çatmaq üzrədir.Azərbaycan Karate Federasiyasından Azərtac-a bildiriblər ki, ənənəvi yarış martın 11-12-də Bakı İdman Sarayında keçiriləcək.Beynəlxalq turnirdə bir neçə ölkədən idmançıların iştirakı gözlənilir. Yarışda yeniyetmə və gənclərdən ibarət seçmə komandaların heyəti bir daha sınaqdan keçiriləcək. Nəticələr əsasında formalaşdırılacaq yeni heyət qarşıdakı yarışlarda gücünü sınayacaq.xeber100.com

Mart 2, 2017 11:24

İspaniya çempionatının 25-ci turu çərçivəsində…

Martın 2-də futbol üzrə İspaniya çempionatının 25-ci turu çərçivəsində bir neçə oyun keçirilib.Azərtac xəbər verir ki, turun ən maraqlı hadisəsi “Barselona”nın liderliyi ələ keçirməsi olub. “Barselona” “Nou Kamp”da qəbul etdiyi “Sportinq Xixon”u 6:1 hesabı ilə darmadağın edərək xallarının sayını 57-yə çatdırıb.“Real Madrid” isə “Santyaqo Bernabeu”da “Las Palmas” klubunu qəbul edib. “Real”ın asan qələbə qazanacağı gözlənilsə də, ilk hissə 1:1 hesabı ilə başa çatıb. İkinci hissənin əvvəlində madridlilərin heyətində Qaret Beylin qırmızı vərəqə alaraq meydanı tərk etməsindən sonra ev sahibləri qapılarında daha iki qol görüblər. “Real Madrid” yalnız qarşılaşmanın sonuna yaxın vurduğu iki qolla hesabı bərabərləşdirib – 3:3.“Real”ın doğma meydanda xal itirməsindən sonra “Barselona” liderliyi ələ keçirib. “Real” 56 xalla ikinci sırada olsa da, “Barselona”dan bir oyun az keçirib.Tur çərçivəsində günün digər oyunlarında isə aşağıdakı hesablar qeydə alınıb: “Malaqa” 1-2 “Real Betis” “Valensiya” 1-0 “Leqanes” “Osasuna” 1-4” “Vilyarreal” “Selta de Viqo” 2-2 “Espanyol” “Qranada” 2-1 “Deportivo Alaves”.xeber100.com

Mart 2, 2017 11:15

II Beynəlxalq Fəcr Kuboku keçiriləcək

Martın 9-da İranın Əhvaz şəhərində ağır atletika üzrə II Beynəlxalq Fəcr Kuboku keçiriləcək.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildiriblər ki, nüfuzlu yarışda ölkəmizin ağır atletika yığmasının üzvləri də iştirak edəcəklər. Komandamızın heyəti artıq müəyyənləşib. Heyətə Ruslan Rzazadə (56 kq), Allahyar Abışov (62 kq), Sabit Bayramov (69 kq), Orxan Zeynalov və Kənan Əliquliyev (hər ikisi – 77 kq), Sənan Mirzəyev (85 kq), Xəlil Gəraylı (105 kq) və Asxab Kolayev (+105 kq) daxil ediliblər.xeber100.com

Mart 2, 2017 11:11

IV İslam Həmrəyliyi Oyunlarının hazırlıq prosesi davam edir

İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən martın 2-də IV İslam Həmrəyliyi Oyunlarının rəsmi geyim formaları ictimaiyyətə təqdim edilib.Azərtac xəbər verir ki, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin brend şöbəsi tərəfindən hazırlanmış formaların dizaynı peşəkar dizaynerlər komandası tərəfindən təqdim olunub. Fərqli görünüşlərə malik formalar işçi heyəti və podratçılar daxil olmaqla müxtəlif işçi qruplar üçün nəzərdə tutulub. Rəsmi forma dizaynlarının hazırlanması prosesində Bakı 2017 Oyunlarının loqosundan, brendin rəsmi rənglərindən və elementlərindən istifadə edilib.Brendin əsas naxış elementi olan xalça simvolik Azərbaycan və İslam xalça ikonoqrafiyasını, eləcə də petroqlifləri özündə əks etdirərək ənənəvi Azərbaycan xalçasının müasir təsvirini yaradır.İslamı özündə təcəssüm etdirən, eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarının da rəngi olan yaşıl rəng əsas işçi heyətinin və könüllülərin formalarında xüsusi olaraq xalça motivləri üzərində özünəməxsus ahəngdarlığı ilə yer alıb.Qeyd edək ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının forma dəstinə köynək, papaq, kiçik bel çantası və şalvar daxildir.xeber100.com

Mart 2, 2017 11:07
    Page 740 of 830« First«...102030...738739740741742...750760770...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az