05 Fevral 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbol üzrə dünya çempionatına hazırlıq xərcləri artırılıb

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına hazırlıq xərcləri artırılıb.Azərtac xəbər verir ki, turnirin büdcəsinə 19,1 milyard rubl (323 milyon 813 min 515 dollar) əlavə olunub.Rusiya hökumətinin hüquqi informasiya portalında yer alan xəbərdə qeyd olunur ki, xərclər 619 milyard 670,5 milyondan 638 milyard 842,6 milyon rubla qədər artırılıb.Qeyd edək ki, “DÇ-2018”in oyunları 14 iyundan 15 iyuladək Rusiyanın 11 şəhərində keçiriləcək.xeber100.com

Fevral 7, 2017 10:35

İdman Sarayında keçirilən çempionata yekun vurulub

Bakı İdman Sarayında keçirilən kikboksinq üzrə respublika çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, həm gənclər, həm də böyüklər arasında keçirilən yarışda 40 komandanın heyətində 200-dək idmançı iştirak edib. Böyüklər arasında keçirilən turnirdə 12 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin atletləri çempionatda daha yaxşı çıxış ediblər.Yarışın qalibləri kikboksinq üzrə yığma komandanın təlim-məşq toplanışlarına cəlb olunacaqlar. Əlavə hazırlıq və sınaqlardan sonra seçmə kollektivin üzvləri müəyyənləşəcək və onlar 2017-ci ildə keçiləcək mötəbər yarışlarda Azərbaycanı təmsil edəcəklər.xeber100.com

Fevral 7, 2017 10:32

Həndbol Federasiyasının məlumatına görə…

Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti O.Abbasov, baş katibi Y.Atakişiyev və idman şöbəsinin müdiri İ. Əsgərov Bakıda və regionlarda həndbol idman növünün durumu, bu sahədəki problemlər, uşaq və gənclər məktəblərinin mövcud vəziyyəti ilə bağlı görüşlər keçiriblər.AHF-dən Azərtac-a bildiriblər ki, əvvəlcə paytaxtda ixtisaslaşmış həndbol məktəblərinə baxış keçirilib. Sonra Qazax Olimpiya İdman Kompleksinin rəhbərliyi və rayonda həndbol üzrə fəaliyyət göstərən məşqçilərlə ətraflı müzakirələr aparılıb, təkliflər dinlənilib.Sonra Gəncədə Azərbaycan Texnologiya Universitetinin idman kompleksindəki şəraitlə və həndbol məşqləri ilə tanış olublar.Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin də bazasına baxış keçirilib. Federasiya rəsmiləri yeni yaradılmış “Nur” həndbol komandası ilə tanış olub, məşq prosesini izləyiblər.Növbəti həftə Şirvan şəhərinə, İsmayıllı və Şamaxı rayonlarına səfərlər planlaşdırılır.xeber100.com

Fevral 7, 2017 10:28

“Bakı Marafonu-2017” keçiriləcək

Aprelin 30-da “Bakı Marafonu-2017” keçiriləcək. İkinci dəfə baş tutacaq marafon bu il də “Küləyə qalib gəl” şüarı altında təşkil olunacaq.Fonddan Azərtac-a bildiriblər ki, idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallarla bir araya gətirmək məqsədi daşıyan layihənin icrasını isə “Sport Marketing Group” (SMG) şirkəti həyata keçirəcək.“Bakı Marafonu-2017” ötən il olduğu kimi, Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.Qeyd edək ki, ötən il mayın 1-də təşkil olunan ilk yarımarafonda 7 mindən çox iştirakçı qeydiyyatdan keçmişdi.xeber100.com

Fevral 6, 2017 11:14

Konfederasiyalar Kubokunun iştirakçıları müəyyənləşib

Bu il iyunun 17-dən iyulun 2-dək Rusiyada keçiriləcək futbol üzrə Konfederasiyalar Kubokunun bütün iştirakçıları müəyyənləşib.Azərtac xəbər verir ki, turnirə sonuncu vəsiqəni Afrika Millətlər Kubokunun qalibi olan Kamerun yığması qazanıb. Afrika təmsilçisi turnirdə “B” qrupunda Çili, Almaniya və Avstraliya milliləri ilə mübarizə aparacaq. “A” qrupunda isə meydan sahibi Rusiya, Portuqaliya, Yeni Zelandiya və Meksika yığmaları yer alıb.Konfederasiyalar Kubokunun görüşləri 2018-ci ildə dünya çempionatının qarşılaşmalarına ev sahibliyi edəcək Kazan, Soçi, Sankt-Peterburq və Moskva şəhərlərindəki stadionlarda oynanılacaq.xeber100.com

Fevral 6, 2017 11:10

Tərəfdaşlıq sazişi imzalanıb

Fevralın 6-da BP şirkəti ilə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanıb.Azərtac xəbər verir ki, sazişi gənclər və idman naziri Azad Rəhimov və BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell imzalayıblar.Bu tərəfdaşlıq BP-nin Azərbaycanda idmanın inkişafına dəstək verməklə bağlı öhdəliyinin bir hissəsidir. Sazişə əsasən, BP “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olmaqla yanaşı, oyunlara və sonrakı yarışlara hazırlıq keçən 7 milli idman elçisinə, eləcə də könüllülərə dəstəyini göstərəcək.xeber100.com

Fevral 6, 2017 11:04

Beynəlxalq hakimlik kursları başlayıb

Fevralın 6-da Bakıda kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları başlayıb. Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təşkil olunan kurslar fevralın 9-dək davam edəcək.Azərtac xəbər verir ki, kurslarda 17 ölkədən 66 hakim iştirak edir. Azərbaycanı bu kurslarda 6 nəfər təmsil edir. Hakimlikdə ilk addımlarını atan mütəxəssislər bu kurslarda dərəcə qazanmaq imkanı əldə edirlər.Beynəlxalq idman gimnastikası üzrə texniki heyətin rəhbəri Stiv Butçer kursların açılışında təşkilat komitəsinin üzvlərini təqdim edib. Azərbaycan Gimnastika Federasiyasının baş katibi F.Qayıbov qeyd edib ki, idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları artıq ölkəmizdə ikinci dəfə təşkil olunur. İlk belə kurslar 2007-ci ildə keçirilib. Ötən ay isə paytaxtımızda FIG-in qitələrarası hakimlik və bədii gimnastika üzrə beynəlxalq kursları uğurla təşkil edilib. F.Qayıbov bu kursların keçirilməsini Azərbaycana həvalə etdiyi üçün FIG-in texniki komitəsinə minnətdarlığını bildirib.xeber100.com

Fevral 6, 2017 11:01

Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib

Futbol üzrə Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib.TASS xəbər verir ki, Kamerun yığması final oyununda Misir komandasını 2:1 hesabı ilə məğlub edərək Afrika Millətlər Kubokunun qalibi olub. Oyunun 89-cu dəqiqəsində Türkiyənin "Beşiktaş" klubunda çıxış edən Vensan Abubakar qələbə topuna imza atıb.Kamerun yığması tarixdə beşinci dəfə Afrika Kubokunu qazanıb. Komanda sonuncu dəfə 2002-ci ildə bu mükafatın sahibi olub. Komanda hesabında isə Misir yeddi dəfə bu kubokun qalibi olub ki, bu da rekord göstəricidir. Misirlilər sonuncu dəfə 2010-cu ildə Afrika Kuboku qazanıblar.xeber100.com

Fevral 6, 2017 10:13

Bədii gimnastika üzrə dünya çempionatı təşkil ediləcək

2020-ci ildə kişi idman gimnastikası üzrə Avropa çempionatı Bakıda təşkil olunacaq. Bu barədə qərar Avropa Gimnastika İttifaqının Lozannadakı baş qərargahında qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub.Azərtac xəbər verir ki, iclasda Azərbaycan Gimnastika Federasiyasının 2020-ci ildə idman gimnastikası üzrə Avropa çempionatının ölkəmizdə keçirilməsi ilə bağlı namizədliyi məsələsinə baxılıb. Müzakirələrdən sonra kişi idman gimnastikası üzrə 34-cü Avropa çempionatının 2020-ci il mayın 6-10-da Bakıda keçirilməsi qərara alınıb. Qadın idman gimnastikası üzrə 33-cü Avropa çempionatının təşkili isə Parisə həvalə olunub.Beynəlxalq Gimnastika Federasiyasının 2017-2020-ci illərdə Olimpiya dövrü üzrə yeni qaydalarına əsasən, Avropa çempionatlarında da “Tokio-2020”yə lisenziya qazanmaq imkanı olacaq.Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyası növbəti Olimpiadaya qədər gimnastikanın üç növü (idman gimnastikası, batut gimnastikası, bədii gimnastika) üzrə məhz lisenziya xarakteri daşıyan dünya kuboku mərhələlərini, həmçinin bədii gimnastika üzrə dünya çempionatını təşkil edəcək.xeber100.com

Fevral 5, 2017 5:34

Taekvando üzrə beynəlxalq turnir keçirilir

İranın Kərəc şəhərində yeniyetmə və uşaqlar arasında taekvando üzrə beynəlxalq turnir keçirilir. İran İslam İnqilabının 38-ci ildönümünə həsr olunan turnirdə Azərbaycanı təmsil edən 7 yeniyetmə idmançımız uğurla mübarizə aparıblar.Turnirin birinci günündə Ramal Əliyev (25 kq) və Ağa İsmayılzadə (27 kq) birinci yeri tutaraq qızıl medallara sahib olublar. Digər çəki dərəcələri üzrə yarışlarda isə Fuad Mirzəyev ikinci, Mirhüseyn Zəkiyev, Azər Eyvazlı, Tarix Əliyev və Poladxan İbrahimov üçüncü yerdə qərarlaşıblar.xeber100.com

Fevral 5, 2017 2:27
    Page 752 of 830« First«...102030...750751752753754...760770780...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az