“Azneft” İstehsalat Birliyində (İB) İnsan Resurslarının transformasiyası layihəsinə start verilib.SOCAR-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, şirkətin baş ofisində “İnsan Resursları funksiyalarının transformasiyası” layihəsi ilə bağlı toplantı keçirilib. Qeyd olunub ki, 2016-cı ildən tətbiq olunan “Səriştəliklərin idarə edilməsi” alt layihəsinin pilot zonalar üzrə strukturlardan seçilmiş əməkdaşlar üçün biznes və sistem prosesləri ilə əlaqədar maarifləndirmə təliminə start verilir. Layihə qrupu üzvləri və “Azneft” İB-nin müvafiq rəhbər və mütəxəssislərinin iştirak etdiyi tədbirdə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, yataqların işlənməsi üzrə vitse-prezident Yaşar Lətifov, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentin müavini Asif Şəfəqqətov, “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli, personal və əməkhaqqı şöbəsinin rəisi Qabil Musayev və SAP MDB-nin layihə meneceri İlya Kalaşnikov çıxış edib, layihənin SOCAR üçün əhəmiyyətindən danışılıb, görülmüş bir sıra işlər haqqında fikir mübadiləsi aparılıb.xeber100.com