05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Tədris Mərkəzi beynəlxalq sertifikata layiq görülüb

Vergilər Nazirliyinin Tədris Mərkəzi İSO 9001:2015 beynəlxalq sertifikata layiq görülüb.Azərtac xəbər verir ki, mərkəzin direktoru Əli Həsənov fevralın 20-də keçirilən brifinqdə Tədris Mərkəzində İSO 9001:2015 keyfiyyət idarəetmə sisteminin tətbiqinə 2016-cı ilin iyul ayından başlanıldığını deyib.Onun sözlərinə görə, mərkəzin beynəlxalq standartlara uyğunluğunun müəyyən edilməsi məqsədilə Almaniyanın “TUV Thuringen e.V” şirkətinin Azərbaycan ofisi tərəfindən audit aparılıb. Audit zamanı mərkəzin idarəetməsinin, tədrisin keyfiyyətinin, resurslardan istifadənin, aparılan tədris siyasətinin, tədris mərkəzinin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların, mərkəzin maddi-texniki təchizatının beynəlxalq standartlara uyğunluğu yoxlanılıb. Auditin nəticələrinə əsasən, Vergilər Nazirliyinin Tədris Mərkəzi İSO 9001:2015 beynəlxalq sertifikatına layiq görülüb.Brifinqdə vurğulanıb ki, tədris mərkəzinin keyfiyyətli idarəetmə sahəsində beynəlxalq sertifikasiyadan keçmək təşəbbüsü təlim siyasətinin daha da təkmilləşdirilməsi, bir sıra dövlət orqanları, ali məktəblər, eləcə də beynəlxalq səviyyədə əməkdaşlığın aparılması, mərkəzin gələcəkdə regional akademiya statusu alması məqsədini daşıyır.xeber100.com

Fevral 20, 2017 11:25

“Baker Hughes”nin məlumatına görə…

ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı ötən hesabat həftəsində 10 ədəd artaraq 751-ə çatıb.Azərtac “Baker Hughes” şirkətinə istinadla xəbər verir ki, ABŞ-da aktiv neft quyularının sayı 6 ədəd artaraq 597, qaz quyularının sayı 4 ədəd çoxalaraq 153, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək bir ədəd olub.Ötən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 184 ədəd, qaz quyularının sayı 52 ədəd, ümumilikdə neft-qaz quyularının sayı isə 237 ədəd artıb.xeber100.com

Fevral 20, 2017 11:14

Dövlət Statistika Komitəsinin məlumatına görə…

2017-ci ilin yanvar ayında neft sektoruna 751,5 milyon manatlıq vəsait yönəldilib.Dövlət Statistika Komitəsindən Azərtac-a verilən məlumata görə, keçən ay neft sektorunda ümumi məhsul istehsalı 2 milyard 286,2 milyon manat olub.xeber100.com

Fevral 19, 2017 2:52

Dünya birjalarında neftin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşıb.Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar bahalaşaraq 53,40 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,16 dollar artaraq 55,81 dollar olub.xeber100.com

Fevral 18, 2017 4:30

Yunanıstan və Azərbaycan arasında körpü…

Bakıda “Turizm Yunanıstan və Azərbaycan arasında körpü rolunu oynayır” adlı təqdimat mərasimi keçirilib.Tədbir Yunanıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə yunan turizm şirkəti “Panhellas”, İtaliyanın Bakıdakı Mədəniyyət Mərkəzi və Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.BAMF-ın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tədbirdə ümumilikdə 20-yə yaxın turizm şirkətinin nümayəndəsi iştirak edib.Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, tədbirin keçirilməsində məqsəd Yunanıstanın turizm potensialını nümayiş etdirmək, həmçinin diplomatiya və iqtisadiyyat sahələrində yaxşı münasibətləri olan iki ölkənin bu sahədə mövcud imkanlarının təşviq edilməsidir.xeber100.com

Fevral 18, 2017 4:26

“AzəriLayt” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,03 dollar ucuzlaşaraq 56,71 dollar təşkil edib.xeber100.com

Fevral 18, 2017 4:12

İtaliyanın iqtisadiyyat naziri Karlo Kalenda Azərbaycana səfər edəcək

İtaliyanın iqtisadiyyat naziri Karlo Kalenda gələn həftə Azərbaycana səfər edəcək.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Azərtac-a bildirilib ki, fevralın 23-də İtaliyanın iqtisadiyyat naziri Karlo Kalendanın rəhbərlik etdiyi biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-İtaliya biznes-forumu keçiriləcək.Biznes-forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15-dən artıq İtaliya şirkətinin iştirakı nəzərdə tutulur.xeber100.com

Fevral 18, 2017 4:09

Dövlət Statistika Komitəsinin məlumatı

İxrac olunduğu zaman gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan xam neft və təbii qazın həcmi nəzərə alınmaqla, 2016-cı ildə ölkədən 35 milyon 30,3 min ton xam neft, 8 milyard 49,1 milyon kubmetr təbii qaz göndərilib.Azərtac xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.xeber100.com

Fevral 18, 2017 3:50

“Azəriqaz” İstehsalat Birliyinin məlumatı

Əhalinin təbii qaza olan tələbatını təmin etmək məqsədilə sərfiyyatda 1 milyon 446 min kubmetr artım olub. Tələbat artdıqca təbii qazın verilişində də artım olacaq.Bu barədə Azərtac-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev deyib. O bildirib ki, respublikada, eləcə də paytaxtda müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar fevralın 17-də Abşeron rayonunda, Bakının Binəqədi, Nizami, Nəsimi, Yasamal və Xəzər rayonlarının qaz şəbəkəsində nəzərdə tutulmuş təmir işləri təxirə salınıb.“Azəriqaz” yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.xeber100.com

Fevral 17, 2017 12:24

Maliyyə Nazirliyinin İstiqrazları üzrə hərrac keçiriləcək

Fevralın 21-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək.BFB-dən Azərtac-a verilən məlumata görə, istiqrazların ümumi həcmi 10 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 182 gün, ödəmə tarixi 2017-ci il avqustun 22-dir.Hərracda "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC anderrayter vəzifəsində çıxış edəcək.Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.xeber100.com

Fevral 17, 2017 12:20
    Page 298 of 380« First«...102030...296297298299300...310320330...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az