05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi artıb

Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi 33 faiz artıb.Azərtac xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib. O bildirib ki, Belarusda 69 Azərbaycan şirkəti, Azərbaycanda isə 31 Belarus şirkəti fəaliyyət göstərir. Gəncə Avtomobil Zavodunda Minsk Traktor və Avtomobil zavodları ilə birgə istehsal təşkil edilib və 2007-2016-cı illərdə 10 mindən çox traktor, avtomobil, qoşqular və digər avadanlıqlar istehsal edilib.Azərbaycan məhsullarının Belarusa ixracının artırılması məqsədilə Belarusda “Azərbaycan Ticarət Evi”nin təşkilinə başlanıb.xeber100.com

Fevral 12, 2017 1:40

“AzəriLayt” markalı neftin qiyməti bahalaşıb

Azərbaycan neftinin bir barrelinin qiyməti 1 dollardan çox bahalaşıb.Azərtac xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 1,31 dollar bahalaşaraq 57,99 dollar təşkil edib.xeber100.com

Fevral 11, 2017 2:20

Vergilər Nazirliyinin məlumatı

Yanvar ayında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.Bu barədə Azərtac-a Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib.2017-ci ilin yanvar ayı ərzində vergiödəyiciləri tərəfindən dövlət büdcəsinə 544 milyon 849,2 min manat məbləğində vəsait ödənilib və proqnoz tapşırıqlarına 112 faiz əməl olunub.xeber100.com

Fevral 11, 2017 2:14

“Azərsu” ASC-nin məlumatına görə…

Bakının bəzi rayonlarında içməli suyun verilməsində məhdudiyyətlər olacaq.“Azərsu” ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi küçəsi ilə Akim Abbasov küçələrinin kəsişməsində 700 millimetr diametrli magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar fevralın 11-də gün ərzində Yasamal və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.xeber100.com

Fevral 11, 2017 2:09

Əməkdaşlıq haqqında memorandum imzalanıb

Qaqauziya İcraiyyə Komitəsi Türkiyə-Azərbaycan İş Adamları Birliyi ilə əməkdaşlıq haqqında memorandum imzalayıb.“Moldovaİnform” agentliyi xəbər verir ki, Azərbaycan-Türkiyə İş Adamları Birliyi idarə heyətinin sədri Cemal Yanqın başda olmaqla bu təşkilatın nümayəndə heyəti Qaqauz Muxtar Yerində səfərdədir.İşgüzar nümayəndə heyəti Komratda başqan İrina Vlax ilə görüşüb. Tərəflər iqtisadiyyat sahəsində əməkdaşlığa dair çoxsaylı məsələləri müzakirə ediblər. Cemal Yanqın qeyd edib ki, Türkiyə-Azərbaycan İş Adamları Birliyinin fəaliyyətə başlamasından 15 ildən çox keçib. Bu səfərin məqsədi iqtisadiyyatın hansı sahələrinin ticarət və sərmayəqoyma üçün daha məqbul olduğunu öyrənməkdir.xeber100.com

Fevral 11, 2017 2:02

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı

Əmlak Məsələləri Dövlət Komitəsinin əmlakın qeydiyyatı xidmətlərini maksimum əlçatan edən “Kütləvi çıxarış” kampaniyası respublikanın bütün regionlarında olduğu kimi, paytaxt rayonlarında da davam etdirilir.Komitənin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bu tədbirlər komitənin sosial layihələri qeyd olunan sahədə göstərilən ictimai xidmətlərdən məmnunluq səviyyəsinin artmasına səbəb olur. Kampaniya regionlarda vətəndaşlara xidmət göstərməklə yanaşı, paytaxtda və respublikanın digər şəhərlərində inşa edilmiş çoxmərtəbəli binalarda mənzil sahibi olan sakinlər üçün də təşkil olunur.Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevralın 11-də keçirilən növbəti “Kütləvi çıxarış” kampaniyasından Sabunçu rayonunun, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi ünvanında yerləşən 5 girişli “Bakıxanov Residence I” yaşayış kompleksinin 360 mənzilli binada yaşayan sakinlər faydalanıb.xeber100.com

Fevral 11, 2017 12:52

Mərkəzi Bank rəsmi məzənnəni açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 13-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.AMB-dən "Apa-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7301 səviyyəsində müəyyən olunub.xeber100.com

Fevral 10, 2017 3:47

Dövlət Gömrük Komitəsinin məlumatına görə…

Azərbaycan və İran gömrük xidmətləri arasında qarşılıqlı məlumat mübadiləsi məsələləri müzakirə edilib.Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, fikir mübadiləsi İran İslam Respublikasının Biləsuvar şəhərində İran İslam Respublikası və Azərbaycan Respublikası gömrük xidmətlərinin nümayəndələri arasında görüş zamanı aparılıb.Tədbir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və İran İslam Respublikası Mərkəzi Gömrük İdarəsi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən baş tutub.Görüşdə Azərbaycan və İran arasında mövcud əlaqələrə toxunulub, eyni zamanda iki ölkənin gömrük xidmətləri arasında mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb. İkitərəfli danışıqlar nəticəsində qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsinə və həll edilməsinə əlverişli şərait yarandığı bildirilib.Sonra Azərbaycan və İran gömrük xidmətləri arasında qarşılıqlı məlumat mübadiləsi məsələləri müzakirə edilib, həmçinin Azərbaycan və İran gömrük-keçid məntəqələri arasında cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.xeber100.com    

Fevral 10, 2017 1:57

“Bakı Metropoliteni” QSC-nin məlumatı

Bakı Metropoliteninin “Xalqlar Dostluğu” stansiyasının hər iki keçidində təmir işlərinə başlanılıb.Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Azərtac-a bildirib.“Xalqlar Dostluğu” metro stansiyasının hər iki keçidində təmir işləri gedir. Təmir prosesində keçidin divar və yerdəki mərmər üzlükləri dəyişdiriləcək. Bundan başqa, keçidlərdə mövcud olan bütün kommunikasiya xətləri yenilənəcək.N.Paşayevin sözlərinə görə, keçidlərdə yalnız təmir işlərinin aparıldığı hissələr bağlanıb, sərnişinlərin giriş və çıxışına heç bir məhdudiyyət qoyulmayıb. Təmir işləri təxminən 2-3 ay davam edəcək.xeber100.com

Fevral 10, 2017 1:51

Elektron qaimə-fakturaların tətbiqi…

Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərdən biri də elektron qaimə-fakturaların tətbiqidir. Bu isə vergi nəzarətinin daha da təkmilləşdirilməsinə səbəb olacaq.Azərtac “vergiler.az” saytına istinadla bildirir ki, bu barədə iqtisadçı Rəşad Əliyev açıqlama verib.Ekspert qeyd edib ki, “E-qaimə-faktura vergiödəyiciləri üçün kağız formasında olan sənədləşdirmənin məhdudlaşdırılmasına, alış-veriş əməliyyatlarının elektron qaydada həyata keçirilməsinə şərait yaradacaq.R.Əliyevin sözlərinə görə, yeni dəyişiklik vergiödəyicilərini əlavə vergi hesablanmasından və sanksiyalardan qoruyur: “Bu sistemin tətbiqi biznes sektoru üçün risklərin qarşısını alacaq, onların vergi öhdəliklərini müəyyən etmələrinə imkan verəcək. Məsələn, sahibkar 10 milyon manatlıq sövdələşmə həyata keçirmək istədiyi zaman, gələcəkdə yarana biləcək öhdəliklərini vergi orqanının iştirakı ilə qabaqcadan müəyyən edəcək. Bu isə əməliyyatların daha rahat və asan aparılmasına şərait yaradacaq”.Qaimə-fakturaların tətbiqi bu ilin aprelində nəzərdə tutulur.xeber100.com

Fevral 10, 2017 1:47
    Page 301 of 380« First«...102030...299300301302303...310320330...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az