Maliyyə Bazarlarına Nəzarət Palatasından Azərtac-a bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən 32 bankın 2016-cı il 31 dekabr tarixinə cəmi aktivləri 31,439.5 milyon manat, cəmi öhdəlikləri 29,530.7 milyon manat təşkil edib. Sektorun balans kapitalı 1,908.8 milyon manatdır. Əhalinin əmanətləri 7432.1 milyon manat həcmindədir.Bu banklardan ikisi dövlət bankıdır. Xarici kapitallı bankların sayı 15, o cümlədən xarici bankların yerli filiallarının sayı 2-dir. Bankların filiallarının sayı 569, şöbələrinin sayı 131, ATM-lərin sayı 2461-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16 947 nəfər təşkil edir.Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 144, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-nin işçi heyəti 2 657 nəfər təşkil edir.xeber100.com