2016-cı ilin dekabr ayında nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 2,5 faiz, o cümlədən yükdaşıma xidmətlərinin qiymətləri 2,6 faiz, sərnişindaşıma xidmətlərinin qiymətləri isə 2,2 faiz bahalaşıb.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, ay ərzində poçt və kuryer xidmətlərinin qiymətləri 0,2 faiz bahalaşıb, rabitə xidmətlərinin qiymətlərində isə əvvəlki ayla müqayisədə dəyişiklik müşahidə olunmayıb.xeber100.com