23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Dünya

“Arabian Business” nəşri yazır…

“Arabian Business” nəşri bildirir ki, Dubayda yüksək texnoloji tablolardan istifadə edilməklə eksperimental layihənin həyata keçirilmsinə başlanıb. Bu layihənin məqsədi sürücülərin diqqətini məktəblərin yaxınlığında surəti azaltmaq lazım olmasına cəlb etməkdir.Hələlik Dubayın beş təhsil müəssisəsinin yaxınlığında quraşdırılmış bu elektron tablolar oradan keçən avtomobilin sürətini əks etdirməklə bərabər, həm də müvafiq emosiyaları nümayiş etdirir. Təbəssümlü “smaylik” avtomobilin münasib sürətlə hərəkət etdiyini göstərir, “qaşqabaqlı” “smaylik” isə sürətin normadan artıq olmasına dəlalət edir.xeber100.com

Sentyabr 18, 2017 2:27

Yerli və beynəlxalq aviareys təxirə salınıb

Yaponiyada güclü “Talim” tufanına görə 586 yerli və beynəlxalq aviareys təxirə salınıb. Hazırda “Talim” tufanı Yaponiyanın cənubundakı Kaqoşima prefekturası ərazisindədir və şimal-şərq istiqamətində hərəkət edir. Tufanın mərkəzində havanın təzyiqi 975 hektapaskala bərabərdir və küləyin surəti saniyədə 30 metrə çatır. Sinoptiklərin bildirdiyinə görə, Kyuşu və Şikoku adalarında sentyabrın 17-də 350 millimetr yağıntı düşəcəyi gözlənilir.Yaponiyanın JAL (Japan Airlies) və ANA (All Nippon Airways) kimi nəhəng aviaşirkətləri müvafiq olaraq 151 və 225 daxili reysi təxirə salmağa məcbur olublar.“Peach Aviation” aviaşirkəti isə 53 daxili və beynəlxlaq reys, “Jetstar” şirkəti isə 43 reysin tufan səbəbindən təxirə salındığını bildirib. Bundan əlavə, “Japan Air Commuter”, “Skymark airlines”, “Solaseed Air”, “Spring Japan”, “Japan Transocean” və “Vanila Air” aviaşirkətləri də ümumilikdə 43 reysin uçuşunu müvəqqəti dayandırıblar.xeber100.com

Sentyabr 17, 2017 8:01

Kanada hökumətinin qənaətinə görə…

Kanada hökuməti vergi planlaşdırmasının geniş yayılmış üç metodunun ləğv edilməsi ilə bağlı məsləhətləşmələrə başlayıb.Azərtac vergiler.az saytına istinadla bildirir ki, hökumətin qənaətinə görə, bu metodlar vergi ödəməkdən böyük məbləğlərdə yayınmağa şərait yaradır.Hökumət zəngin vətəndaşlara məxsus gəlirlərin bir hissəsinin onların ailə üzvlərinin adlarına keçirilməsinin qarşısını almaq niyyətindədir. Çünki gəlirlərin adlarına köçürüldüyü insanların vergi öhdəliyi əhəmiyyətli dərəcədə aşağı olur. Bundan əlavə, korporasiyaların öz gəlirlərini bilərəkdən az göstərdiklərinə və gəlirlərin bir hissəsinin yüksək vəzifəli rəhbərlərin adına mükafat olaraq keçirilməsinə də tez-tez rast gəlinir.Bu sahədə aparılan müzakirələrlə əlaqədar olaraq, Kanadanın iri 35 şirkəti ölkənin maliyyə naziri Bill Mornöyə məktub göndərərək qadağanın aradan götürülməsini xahiş edib.xeber100.com

Sentyabr 16, 2017 6:37

RİA Novosti agentliyinin məlumatı

Peru Konqresi ölkə hökumətinə etimadsızlıq göstərib və hökumət rəhbəri Fernando Savalo başda olmaqla, bütün Nazirlər Kabineti 72 saat ərzində istefa verməlidir. Bu barədə yerli xəbər portalı RPP məlumat yayıb.RİA Novosti agentliyi xəbər verir ki, sentyabrın 14-də Peru Konqresi ölkə hökumətinə etimad məsələsini səsverməyə çıxarıb. Yeddi saat çəkən debatlardan sonra səsvermə keçirilib, nəticədə 76 nəfər əleyhinə, 22 nəfər lehinə səs verib, 16 nəfər isə bitərəf qalıb.“Prezident Kuçinskinin (Pedro Pablo) rəhbərliyi ilə ölkəyə sədaqətlə xidmət etmək mənim üçün şərəf idi. Bütün komandam, çox sağ olun. Sizinlə işləmək mənim üçün şərəf idi”, – hökumət başçısı F.Savalo Twitter səhifəsində belə yazıb.xeber100.com

Sentyabr 15, 2017 3:06

Böyük Britaniya 12,8 milyard funt-sterlinq vəsaitdən məhrum olub

Leyboristlər Partiyasının apardığı iqtisadi təhlildə göstərildiyinə görə, son beş il ərzində vergilərin qanuni şəkildə minimallaşdırılması metodlarının tətbiqi sayəsində Böyük Britaniya iqtisadiyyatı 12,8 milyard funt-sterlinq vəsaitdən məhrum olub.Azərtac vergiler.az saytına istinadla bildirir ki, vergilərin minimallaşdırılması nəticəsində fiziki şəxslərin və iri korporasiyaların ödəmədikləri ümumi məbləğ 365 məktəbin və ya 21 xəstəxananın dəyəri qədərdir.Ehtimal var ki, əslində, göstərilən rəqəm daha böyük ola bilər, çünki iqtisadi təhlil zamanı Böyük Britaniyanın ratifikasiya etdiyi beynəlxalq vergi sazişləri nəzərə alınmayıb. Ölkə siyasətçiləri vergilərin minimallaşdırılmasına imkan verən qanun boşluqlarını aradan qaldırmağa və vergitutma sahəsini daha da şəffaflaşdırmağa çağırırlar.xeber100.com

Sentyabr 15, 2017 3:03

“The Wall Street Journal” yazır…

Venesuela satdığı neft və neft məhsullarının dəyərinin ödənilməsində ABŞ dollarından imtina etmək qərarına gəlib. "vistanews.ru" xəbər verir ki, ABŞ-ın Venesuela iqtisadiyyatına təsirini azaltmaq üçün hakimiyyət neftlə ticarət zamanı ABŞ dolları ilə hesablaşmaları dayandırmağa göstəriş verib. Hazırda bütün köçürmələr avro ilə həyata keçirilir."The Wall Street Journal"ın məlumatına görə, bundan sonra Venesuela neft bazarında ABŞ dolları ilə hesablaşmalar aparmayacaq. Bununla yanaşı, qeyd edilir ki, ABŞ dollarının qadağan olunması barədə rəsmi göstəriş verilməyib, artıq neft ticarətçiləri avroya keçiblər.Ekspertlər bildirirlər ki, Venesuela bu üsulla Amerika sanksiyalarının ölkə iqtisadiyyatına təsirindən maksimum yaxa qurtarmaq istəyir.xeber100.com

Sentyabr 14, 2017 3:17

NHK telekanalının məlumatına görə…

Yaponiyada NHK telekanalının keçirdiyi son sosial sorğunun nəticələrinə görə, Baş nazir Şinzo Abenin rəhbərlik etdiyi hökuməti dəstəkləyənlər 44 faizə çatıb. Bu da əvvəlki ayla müqayisədə beş faiz çoxdur.Hökumətə etimad göstərməyənlərin də yeddi fazi azalaraq 36 faiz təşkil edib. Son üç ayda ilk dəfədir ki, hökuməti dəstəkləyənlər onun əleyhinə olanları üstələyir.Sorğu zamanı hökuməti dəstəkləyənlərin 50 faizinin rəyinə görə, Ş.Abenin kabineti əvvəlkilərdən yaxşıdır. Respondentlərin 16 faizi qeyd edib ki, hökumət öz planlarını reallaşdıra biləcək.Nazirlər Kabinetini dəstəkləməyənlərin 35 faizi Ş.Abeyə inanmadığını bildirib, 33 faiz isə hökumətin siyasətinin həyata keçirilməsi planından böyük uğurlar gözləmədiyini deyib.xeber100.com

Sentyabr 13, 2017 2:21

“Apple” korporasiyası təqdimat çərçivəsində

"Apple" korporasiyası Kaliforniyada keçirilmiş təqdimat çərçivəsində yeni "Apple Watch" qurğusunu təqdim edib.Azərtac xəbər verir ki, məlumata görə, "Apple Watch Series 3" cihazı "LTE" dəstəkli daxili mobil modula malikdir. Beləliklə, saat vasitəsilə zəng etmək və musiqi yükləmək olar.Cihazın displeyi, həm də antena rolunu oynayır. "Apple Watch" qurğusunun korpusu əvvəlki nəsillə müqayisədə dəyişməyib. Yeni nəsil saat yeni "Apple W2" prosessoru ilə təchiz edilib. Bunun sayəsində əvvəlki nəsildən 70 faiz daha məhsuldardır. Həmçinin korpusdakı "Digital Crown" düyməsi qırmızı rəngdədir.Qurğu sentyabrın 22-dən satışa çıxarılacaq. "LTE" versiyanın qiyməti 400 dollardan, mobil modulsuz versiyanın qiyməti isə 330 dollardan başlayacaq.xeber100.com

Sentyabr 13, 2017 2:18

BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edib

BMT Təhlükəsizlik şurası Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı onun idxal və ixrac əməliyyatlarını kəskin şəkildə azaldacaq yeni sanksiyaların tətbiqini nəzərdə tutan qətnaməni qəbul edib. Müvafiq sənəd Təhlükəsizlik Şurasının üzvləri tərəfindən yekdilliklə qəbul olunub.Sənədə əsasən, KXDR-ə neft məhsullarının tədarükünə məhdudiyyətlər qoyulacaq. Eyni zamanda, bu ölkəyə xam neftin göndərilməsi üçün limit də müəyyən edilib. Həmin göstərici son 12 aylıq normanı üstələyə bilməz. KXDR, həmçinin kondensatları və qaz kondensatlarını ala və toxuculuq məhsullarını sata bilməz.Qətnamədə qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası altıtərəfli danışıqları dəstəkləməyə hazırdı və bu danışıqların bərpasına çağırır. Təhlükəsizlik Şurası, həmçinin dövlətlərin problemi sülh danışıqları yolu ilə hərtərəfli həll etmək təklifini də alqışlayır.xeber100.com

Sentyabr 12, 2017 3:49

SPA dövlət informasiya agentliyinin məlumatı

Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri “İslam dövləti” terrorçu qruplaşmasından olan silahlıların Ər-Riyadda Müdafiə Nazirliyinin binasına hücumunun qarşısını alıblar. Bu barədə SPA dövlət informasiya agentliyi rəsmi mənbəyə istinadla məlumat yayıb.SPA-nın məlumatına görə, ölkənin dövlət təhlükəsizliyi idarəsi intiharçıların nazirliyin iki binasına hücumunun qarşısını alıb. İki terrorçu hələ öz məqsədlərini həyata keçirməzdən əvvəl saxlanılıb.SPA agentliyinin ilkin məlumatına görə, terrorçular Yəmən vətəndaşlarıdır. Onlardan iki intiharçı kəməri, doqquz əldəqayırma qumbara, odlu və soyuq silahlar tapılıb. Krallığın təhlükəsizlik qüvvələrinin əməkdaşları, həmçinin iki Səudiyyə Ərəbistanı vətəndaşını saxlayıblar. Onların həbs edilmiş intiharçılarla əlaqəsi müəyyənləşdirilir.Hüquq-mühafizə orqanları Ər-Riyad şəhərinin Ar-Rimal rayonunda terrorçuların partlayıcı kəmərdən istifadə etməyi öyrəndikləri evin üzərinə də həbs qoyublar.xeber100.com

Sentyabr 12, 2017 3:47
    Page 153 of 299« First«...102030...151152153154155...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az