Axtarış-xilasetmə xidmətləri Rusiya Müdafiə Nazirliyinin “Tu-154” təyyarəsinin Qara dəniz akvatoriyasında su səthinə dəydiyi təxmini yeri müəyyənləşdiriblər.TASS informasiya agentliyinə istinadla xəbər verir ki, operativ qərargahdakı mənbənin məlumatına görə, toqquşmanın güman olunan yeri müəyyənləşib və füzelyajın böyük parçaları orada ola bilər. Bu yer Qara dəniz akvatoriyasında uçuş zolağından altı kilometr məsafədə yerləşir və xeyli dərindir. Axtarış-xilasetmə əməliyyatlarına 30-dan çox gəmi və kater, 3,5 min nəfər cəlb olunub. Axtarış zonası kvadratlara bölünüb, həm akvatoriya, həm də sahil xətti nəzərdən keçirilir.Xatırladaq ki, “Tu-134” təyyarəsi bazar günü səhər Adler aeroportunda yanacaq doldurub havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. Onun göyərtəsində 92 nəfər – hərbi qulluqçular, jurnalistlər, məşhur həkim Yelizaveta Qlinka (doktor Liza), həmçinin Rusiyanın Suriyadakı aviasiya qrupunu Yeni il münasibətilə təbrik etməyə gedən Aleksandrov adına hərbi ansamblın musiqiçiləri olub.Təyyarənin qalıqları qəzadan bir neçə saat sonra Soçi rayonunda sahildən 1,5 kilometr aralıda, suyun 50-70 metr dərinliyində aşkarlanıb. İndiyədək 11 nəfərin cəsədi tapılıb.xeber100.com