03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Pakistan mətbuatının məlumatına əsasən…

Pakistanın Pəncab əyalətindəki Toba-Tek-Sinqx dairəsində yaşayan xristianlar Milad bayramını qeyd edərkən spirtli içkidən zəhərlənənlərin sayı 44 nəfərə çatıb. Pakistan mətbuatı yazır ki, zərər çəkənlərin sayı 100-ə yaxındır. Onların çoxu ağır vəziyyətdədir.Bu məsələ ilə bağlı yaradılan komissiya spirtli içkinin qanuni və ya qeyri-qanuni yolla əldə edilməsi ilə bağlı bir-birinə zidd informasiya əldə edib.xeber100.com

Dekabr 28, 2016 2:23

“Tu-154” təyyarələrinin uçuşları dayandırılıb

Rusiyanın güc strukturlarında istifadə olunan “Тu-154B-2” təyyarələrinin uçuşları Qara dəniz üzərində baş vermiş aviaqəzanın təhqiqatı başa çatanadək müvəqqəti dayandırılıb.Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bu barədə qərar Müdafiə Nazirliyi tərəfindən çıxarılıb. Bir qədər əvvəl Rusiya nəqliyyat naziri Maksim Sokolovun verdiyi məlumata görə, həmin markadan olan laynerlər sərnişin daşımalarında istifadə edilmir. Müdafiə Nazirliyində isə onlar məhdud saydadır. Mülki aviasiyada istifadə edilən “Tu-154M” təyyarələri ilə bağlı məsələ isə gündəmdə deyil.Xatırladaq ki, “Tu-154” təyyarəsi bazar günü səhər Soçi yaxınlığında qəzaya uğrayıb. Onun göyərtəsindəki 92 nəfərin hamısı – hərbi qulluqçular, jurnalistlər, məşhur həkim Yelizaveta Qlinka (doktor Liza), həmçinin Rusiyanın Suriyadakı aviasiya qrupunu Yeni il münasibətilə təbrik etməyə gedən Aleksandrov adına hərbi ansamblın musiqiçiləri həlak olub. Təyyarənin qalıqları qəzadan bir neçə saat sonra Soçi rayonunda sahildən 1,5 kilometr aralıda, suyun 50-70 metr dərinliyində aşkarlanıb. İndiyədək 12 nəfərin cəsədi və həlak olanların 156 fraqmenti, habelə təyyarənin beş böyük parçası tapılıb.xeber100.com

Dekabr 27, 2016 1:09

“RİA Novosti”nin məlumatına görə…

Moskvanın qərbində oğurluqda şübhəli bilinən şəxs 3 polis əməkdaşını yaralayıb.“RİA Novosti”nin məlumatına görə, polis əməkdaşları naməlum şəxsi saxlamağa çalışan zaman xəsarət alıblar. Onlara müvafiq tibbi yardım göstərilib. Cinayətkar mənzillərin birində gizlənib. Onun yaxalanması istiqamətində zəruri tədbirlər görülür.xeber100.com

Dekabr 27, 2016 1:01

Birləşmiş Millətlər Təşkilatının hesabatına əsasən…

Yəməndə baş verən vətəndaş müharibəsi səbəbindən hər 100 nəfərdən 51-i əsas ərzaq məhsulları tapmaqda çətinlik çəkir.Anadolu agentliyi xəbər verir ki, bu məlumat Birləşmiş Millətlər Təşkilatının hesabatında əks olunub. Hesabatda 2016-cı il ərzində ölkənin bütün rayonlarında vətəndaş müharibəsindən zərər çəkən 5 milyondan artıq insana humanitar yardım çatdırıldığı, sentyabr və oktyabr aylarında isə 3 milyon 800 min nəfərə təcili tibbi yardım göstərildiyi qeyd olunub.Hesabatda, həmçinin vətəndaş müharibəsinin başladığı vaxtdan noyabrın 18-nə qədər 7 min 272 nəfərin öldüyü, 38 min 279 nəfərin yaralandığı bildirilib.xeber100.com

Dekabr 27, 2016 12:28

AFP agentliyinin məlumatına görə…

Uqandanın Albert gölündə baş verən gəmi qəzasında 30-a yaxın insan həlak olub. Bu barədə bazar ertəsi günü AFP agentliyi məlumat yayıb.Məlumata əsasən, hadisə bazar günü baş verib. Batan gəmidə yerli futbol komandasının üzvləri və azarkeşləri olub.Yerli polis idarəsinin nümayəndəsinin məlumatına görə, qayıqdakılar şənliyin gedişində göyərtənin bir tərəfinə yığışıblar. Nəticədə bərk yırğalanmağa başlayan qayıq çevrilib və 30-a yaxın insan göldə boğularaq ölüb.xeber100.com

Dekabr 27, 2016 12:19

TASS informasiya agentliyinin məlumatı…

Axtarış-xilasetmə xidmətləri Rusiya Müdafiə Nazirliyinin “Tu-154” təyyarəsinin Qara dəniz akvatoriyasında su səthinə dəydiyi təxmini yeri müəyyənləşdiriblər.TASS informasiya agentliyinə istinadla xəbər verir ki, operativ qərargahdakı mənbənin məlumatına görə, toqquşmanın güman olunan yeri müəyyənləşib və füzelyajın böyük parçaları orada ola bilər. Bu yer Qara dəniz akvatoriyasında uçuş zolağından altı kilometr məsafədə yerləşir və xeyli dərindir. Axtarış-xilasetmə əməliyyatlarına 30-dan çox gəmi və kater, 3,5 min nəfər cəlb olunub. Axtarış zonası kvadratlara bölünüb, həm akvatoriya, həm də sahil xətti nəzərdən keçirilir.Xatırladaq ki, “Tu-134” təyyarəsi bazar günü səhər Adler aeroportunda yanacaq doldurub havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb. Onun göyərtəsində 92 nəfər – hərbi qulluqçular, jurnalistlər, məşhur həkim Yelizaveta Qlinka (doktor Liza), həmçinin Rusiyanın Suriyadakı aviasiya qrupunu Yeni il münasibətilə təbrik etməyə gedən Aleksandrov adına hərbi ansamblın musiqiçiləri olub.Təyyarənin qalıqları qəzadan bir neçə saat sonra Soçi rayonunda sahildən 1,5 kilometr aralıda, suyun 50-70 metr dərinliyində aşkarlanıb. İndiyədək 11 nəfərin cəsədi tapılıb.xeber100.com

Dekabr 26, 2016 1:54

Kyodo agentliyinin yaydığı məlumata əsasən…

ABŞ və Yaponiyanın müdafiə nazirlikləri arasında Okinava prefekturasındakı hərbi baza ilə əlaqədar razılıq əldə olunub. Kyodo agentliyinin yaydığı məlumata əsasən, bu barədə Pentaqonun rəhbəri Eşton Karter məlumat verib.E.Karterin bununla bağlı bəyanatında deyilir: “Yaponiyanın sabiq müdafiə naziri Qen Nakatani ilə iyunda əldə etdiyimiz razılaşmaya uyğun olaraq, hər iki ölkənin nümayəndələri Yaponiyada ABŞ silahlı qüvvələrinin mülki və hərbi xidmətçilərinin sayı barədə ümumi razılığa gələ biliblər. Bu, məni sevindirir”.xeber100.ccom

Dekabr 26, 2016 1:43

Neft yataqları bloku icarəyə veriləcək

ABŞ hökumətinin tabeliyində olan Okean Enerji İdarəçiliyi Bürosu (BOEM) 2017-ci ilin martında keçiriləcək hərracda Meksika Körfəzindəki 48 milyon hektarlıq neft yataqları blokunu icarəyə verəcək.Azərtac xəbər verir ki, həmin bölgənin icarəyə verilməsi ABŞ Prezidenti Barak Obamanın 2012-2017-ci illəri əhatə edən 5 illik planı üzrə həyata keçiriləcək.“Körfəz 12” adlandırılan neft yatağı 9-11,115 fut arasında dəyişən dərinliyə malikdir. Yataq Luiziana, Missisipi və Alabamaya 3-230 mil arasında uzaqlıqda, 48 milyon hektar ərazini əhatə edir.Yataq üzrə hərrac 2017-ci il martın 22-də BOEM-in saytında onlayn qaydada keçiriləcək.xeber100.com

Dekabr 26, 2016 1:35

Rusiya Müdafiə Nazirliyinin məlumatı…

Rusiya Müdafiə Nazirliyinin qəzaya uğrayaraq Qara dənizə düşən “Tu-154” təyyarəsinin göyərtəsində 93 sərnişin olub. Müdafiə Nazirliyi təyyarədə olan sərnişinlərin adlarını öz saytında yerləşdirib.Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən Qara dənizdə qəzaya uğrayan “Tu-154” təyyarəsinin göyərtəsində 84 sərnişin və 8 ekipaj üzvü olub. Həlak olanlardan birinin cəsədi tapılıb.Qəzanın səbəbləri araşdırılır.xeber100.com

Dekabr 25, 2016 1:56

TASS informasiya agentliyinin məlumatına görə…

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının İsrailə dair qətnaməsini şərh edib.TASS informasiya agentliyi xəbər verir ki, Donald Trampın fikrincə, BMT Təhlükəsizlik Şurasının İsraildən işğal olunmuş ərazilərdə məskunlaşdırma fəaliyyətini dərhal dayandırmağı tələb edən qətnaməsi yəhudi dövləti ilə Fələstin arasında sülh danışıqları prosesini mürəkkəbləşdirəcək.“İsrailin BMT-də dünənki böyük məğlubiyyəti sülh barədə danışıqları xeyli mürəkkəbləşdirəcək” - Tramp şənbə günü Twitter səhifəsində belə yazıb. “Çox pisdir, amma biz hər halda buna nail olacağıq”, - deyə o əlavə edib.xeber100.com

Dekabr 25, 2016 1:32
    Page 215 of 299« First«...102030...213214215216217...220230240...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az